Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cəlal Abbasov və SHANSON COVER BAND qrupu yeni və fərqli proqramla çıxış edəcək - VİDEO

Cəlal Abbasov və SHANSON COVER BAND qrupu yeni və fərqli proqramla çıxış edəcək - VİDEO

Tarix: 14 Fevral 2022 13:15

22 fevral 2022-ci il tarixdə Heydər Əliyev Sarayında tanınmış müğənni Cəlal Abbasovun solo konserti keçiriləcək. Konsertdə müxtəlif illərin sevilən hit musiqiləri SHANSON COVER BAND qrupunun yeni aranjemanında səsləndiriləcək. 

Saat 20:00 da başlayacaq konsertin biletlərini şəhərin kassalarından və İticket.az saytından onlayn əldə edə bilərsiniz. 

Qeyd edək ki, Heydər Əliyev Sarayında dördüncü solo konsert proqramı ilə çıxış edəcək Cəlal Abbasov bir sıra yerli və beynəlxalq estrada və mahnı müsabiqələrinin və festivallarının ("Vostoçnıy Bazar", "Türksoy", "Qulyay duşa", "Bakı gecələri" və s.) iştirakçısı və qalibidir. Müğənninin repertuarında bəstəkar və xalq mahnılarından savayı 3000 -dən çox azərbaycan, rus, ingilis, italyan və sairə dillərdə ifalar vardır.

Milli.Az


Etiketlər:  Cəlal Abbasov SHANSON COVER BAND qrupu yeni fərqli proqramla çıxış edəcək VİDEO


RƏYLƏR