Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Vasif ağlayırdı, hamı onu sakitləşdirirdi'' - Tünzalə

''Vasif ağlayırdı, hamı onu sakitləşdirirdi'' - Tünzalə

Tarix: 14 Fevral 2022 19:55

Xalq artisti Tünzalə Ağayeva Əməkdar artist Vasif Məhərrəmli ilə bağlı etiraf edib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənni "Şourum" proqramında "Deyirlər ki" rubrikasında məclislərdən birində dediyi "Vasif, sən oxuya bilmirsən" söhbətinə aydınlıq gətirib:

"Dilarə Kazımovanı 3 dəfə oxutdum, mahnıdan doymurdum. Onun dalğasında mikrofonu aldım, musiqiçilərdən xahiş etdim ki, tempi saxlayın. Düşündüm ki, Vasif coşdu, deyir mən də oxuyum. Ritmdən çıxmadım, sözü elə dedim. Əslində demək istəyirdim ki, Vasif, bu janr sənlik deyil. Onu qısaldıb dedim. Sonra videoya baxanda gülməkdən yerə yıxıldım. Vasif medianın əlindən ağlayırdı, bütün sənət adamları onu sakitləşdirirdi. Saytlar çox yazdı: Tünzalə Vasifi boğdu, öldürdü, əzdi. Dedim, Vasif rahatla. Amma o rahatlıq ala bilmədi. Həssas nöqtəsi var idi, çözmək istədi. Mən də ona bu şəraiti yaratdım, dedim, gəl danışaq".

Qeyd edək ki, Tünzalə və Vasif daha sonra video çəkib yayaraq, məsələyə aydınlıq gətirmişdi.


Etiketlər:  Vasif ağlayırdı hamı sakitləşdirirdi Tünzalə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ