Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Artritin erkən əlamətləri...

Artritin erkən əlamətləri...

Tarix: 14 Fevral 2022 23:03

Artrit bir və ya bir neçə oynağın iltihabı xəstəliyidir. Son 20 ildə dünyada artrit xəstələrinin sayı iki dəfə artıb. Onun hər yaşda başlaması mümkündür, lakin 40 yaşından sonra qadınlarda daha çox rast gəlinir. Artrit hamiləlikdən sonra və immun sisteminin zəifləməsi zamanı da müşahidə edilir.

Milli.Az xəbər verir ki, həkim-terapevt Zakir İsmayılov deyib: "Artrit özünü oynaq nahiyəsinin şişməsi, qızarması, oynaqda hərəkətin ağrılı olması və məhdudlaşması ilə göstərir. Onun yaranmasına isə birləşdirici toxumaların diffuz xəstəlikləri kimi tanınan bir sıra səbəblərlə əlaqədardır. Məsələn, revmatoid artrit, revmatizm, sterodermiya, qırmızı qurd eşənəyi və s. zamanı mono və ya polo artrid inkişaf edir".

Artritin erkən əlamətləri yüngül ağrılarla müşahidə edilir. Həkim-terapevtin dediyinə görə, bu xəstəliyin digər bir səbəbi də hərəkətsizlikdir, müalicə edilmədikdə isə ağrılar şiddətlənir. Onun müalicəsi zamanı bəzi hallarda dərman, bəzi hallarda isə fizioterapevtik müalicə təyin olunur. Tətbiq edilən müalicə üsulları daha çox xəstəliyin diaqnozu, inkişaf mərhələsi, etiologiyası və xəstənin yaşından asılıdır.

Mütəxəssislər bildirirlər ki, xəstəliyin yaranmaması üçün hər gün bel və qarın əzələlərini gücləndirən məşqlər etmək, ağır əşya qaldırmamaq, çay və qəhvəni az içmək tövsiyə olunur. Yürüş və üzgüçülüklə məşğul olmaq da xəstəliyin yaranmasının qarşısını ala bilər.

Milli.Az


Etiketlər:  Artritin erkən əlamətləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ