Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rövnəq Abdullayev kollektivə təqdim olundu

Rövnəq Abdullayev kollektivə təqdim olundu

Tarix: 15 Fevral 2022 12:44

İqtisadiyyat nazirinin müavinləri kollektivə təqdim olunub.

İqtisadiyyat Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Elnur Əliyev iqtisadiyyat nazirinin birinci müavini, Rövnəq Abdullayev isə iqtisadiyyat nazirinin müavini təyin olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov yeni təyin olunmuş nazir müavini Rövnəq Abdullayevi kollektivə təqdim edib.

Nazir yeni təyinat münasibətilə Elnur Əliyevi və Rövnəq Abdullayevi təbrik edib, hazırkı inkişaf mərhələsində ölkə rəhbərliyinin qurum qarşısında qoyduğu vəzifələri vurğulayaraq, müəyyən edilmiş hədəflərə nail olunması istiqamətində görüləcək işlərdə onlara uğurlar arzulayıb.

Milli.Az


Etiketlər:  Rövnəq Abdullayev kollektivə təqdim olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ