Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Onlar ''Sevgililər günü''nü belə keçirdi - VİDEO - FOTO

Onlar ''Sevgililər günü''nü belə keçirdi - VİDEO - FOTO

Tarix: 15 Fevral 2022 16:40

Şou-biznesin tanınmış cütlükləri də "Sevgililər günü"nü qeyd edənlər sırasında yer alıb. 

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənət adamları özəl günlərindən görüntüləri sosial şəbəkədə paylaşıblar.

Əməkdar artist Manana Caparidze həyat yoldaşı Georginin ona bağışladığı hədiyyənin görüntüsünü yayımlayıb.

Müğənni Sevda Yahyayeva "Sevgililər günü"nü həyat yoldaşı Zakir Bayramovla birlikdə restoranlardan birində qeyd edib. Sənətçi birlikdə olan görüntülərini yayımlayaraq, izləyicilərini də təbrik edib.

Müğənni Rəqsanə İsmayılova isə bayramla yanaşı həyat yoldaşı Fazil bəylə evliliklərinin 10 ili olduğunu vurğulayıb. "Bu gün bizim evliliyimizin 10 ili tama oldu. Sənə bir etiraf edim: Səninlə olan evliliyimiz müddətində bircə dəfə peşman olmuşam, o da səninlə gec evləndiyimə görə. Yaxşı ki, varsan" deyə, sənətçi paylaşımına qeyd edib.

"Sevgililər günü" paylaşımı edənlər sırasında "Eirovision" təmsilçilərimizdən olan Safurə Əliyeva da yer alıb. O, həyat yoldaşı Natiq Əliyevlə görüntüsünü paylaşaraq, gözəl bir gün keçirdiyini vurğulayıb.


Etiketlər:  Onlar Sevgililər gününü belə keçirdi VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ