Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2022 21:04
Rusiya Dövlət Duması prezidenti Vladimir Putinə "DNR" və "LNR"nin tanınması xahişi ilə müraciət göndərmək qərarına gəlib. Bu barədə qərar parlamentin plenar iclasında qəbul edilib.
Deputatlar Kommunist Partiyasının hazırladığı sənədi qəbul etdilər. Qərar birbaşa Rusiya Federasiyasının prezidentinə müraciət göndərməyi nəzərdə tutur. Onun lehinə 351 deputat, əleyhinə 16 deputat səs verib, bir deputat bitərəf qalıb.