Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda məhkumun ayağına taxılmış bilərziyi oğurlayıb pul tələb etdilər

Bakıda məhkumun ayağına taxılmış bilərziyi oğurlayıb pul tələb etdilər

Tarix: 16 Fevral 2022 10:54

Bakıda elektron qolbaq taxılmış məhkuma qarşı cinayət törədilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumatına görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə fevralın 15-də Bakı şəhər sakini, Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum edilmiş B.Zeynalovun 2 nəfər tərəfindən döyülməsi və Ədliyyə Nazirliyi tərəfindən ayağına taxılmış bilərziyin alınaraq qaytarması müqabilində pul tələb edilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Şamaxı rayon sakinləri İ.Qaçayev və əvvəllər də soyğunçuluq və quldurluğa görə məhkum olunmuş S.Məmmədov müəyyən edilərək saxlanılıblar.

Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.


Etiketlər:  Bakıda məhkumun ayağına taxılmış bilərziyi oğurlayıb tələb etdilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ