Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2022 20:00
Rusiyadakı muzeydə təqribən 1 milyon dollar dəyərindəki əsərə zərər yetirən mühafizəçi Aleksandr Vasiliev açıqlama verib.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, bir qrup gənc əsərin onlara aid olduğunu irəli sürüb. Gənclər 63 yaşlı mühafizəçiyə qələm verərək, əsərdə "göz" çəkməsini istəyib. Gənclərin dediyinə inanan mühafizəçi, onların istəyini yerinə yetirib. "16-17 yaşlarında yeniyetmələrin "əsərdə niyə heç göz ağız və gözəllik yoxdur" deyə danışdıqlarını eşitdim. Qrupdakı qızlar mənə əsərin sahibi olduqlarını ifadə etdilər. Onlar mənə qələm verərək, tabloya göz çəkməyimi istədilər" - deyə mühafizəçi bildirib.
Qeyd edək ki, Anna Leporskanın "Üç fiqur" əsərinin restavrasiyanın təqribən 10 min dollara başa gələcəyi güman edilir. Mühafizəçi məsuliyyətə cəlb edilib.