Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2022 20:20
"Bəzən elə düşünürlər ki, sən sənətçisənsə, çox üzr istəyirəm, düz yolda deyilsən. O insan da hamı kimi düşünürdü. Lakin məni tanıdıqdan, bir insan kimi qiymətləndirdikdən və dost olduqdan sonra dedi ki, niyə bu sənətdə hamı yolunu azmalıdır. Qoy saf bir insana da mən dəstək olum o, yolunu azmasın. Nəyəsə ehtiyacı olmasın".
Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, bu sözləri müğənni Kəmalə Qaramollayeva deyib. "Space" telekanalında yayımlanan "Qadın çağı" proqramına qonaq olan ifaçı məmurlardan biri ilə bağlı verdiyi qalmaqallı açıqlamasına aydınlıq gətirib. Kəmalə sənətdə ona maddi dəstək olan vəzifəli şəxsin bunu heç bir qarşılıq gözləmədən, saf niyyətlə etdiyini vurğulayıb.