Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2022 16:00
"Boşanmaların sayı həddindən çoxdur. Düşünürsünüz ki, yeni həyata başlayacam, artıq azadam, sərbəstəm. Elə ailələr var ki, ayrılmalıdırlar, onun sonu ölümlə bitir".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva "Bizimləsən" proqramında deyib. Aktrisa boşanan xanımlara səslənib:
"Çalışın kompromisə girin. Tənha qadın tacsız şahzadəyə bənzəyir. Bir müddət eyforiyada olursan, amma sonra tənhalıq səni bürüyür. Düşünməsinlər ki, ikinci, üçüncü, daha yaxşısı ola bilər. Deyir, ikinci gələn hər zaman yamaq olur. Həyatlarını dağıtmasınlar. Qadınlar boşanmasınlar".
Qeyd edək ki, N.Allahverdiyeva bir müddət əvvəl ikinci həyat yoldaşı Yusifdən boşandığını açıqlamışdı. Aktrisa daha sonra verilişdə onunla barışıb.