Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

KİV-lərin reklam gəlirləri 3 dəfədən çox azalıb (ÖZƏL)

KİV-lərin reklam gəlirləri 3 dəfədən çox azalıb (ÖZƏL)

Tarix: 6 Sentyabr 2019 07:48

Bakı. İlhamə İsabalayeva – Trend:

Son 4 il ərzində Azərbaycanda kütləvi informasiya vasitələrində yayımlanan reklamdan gələn gəlirlərin həcmi 3 dəfədən çox azalıb.

Trend-in məlumatına görə, 2015-ci ildə KİV-lərdə yayımlanan reklamlardan gələn gəlirin miqdarı 25 969 100 manat, 2016-cı ildə 10 912 400 manat, 2017-cı ildə 4 684 800 manat olub.

Ötən il KİV-lərin reklamdan əldə etdiyi gəlirin miqdarı əvvəlki ilə nisbətən artsa da, bu məbləğ 2015-ci ilə nisbətən yenə də 3 dəfədən çox az olub. 2018-ci ildə KİV-lərdə yayımlanan reklamlara görə 7 747 200 manat gəlir əldə edilib.

Ümumilikdə, KİV-lərdə yayımlanan reklama görə gəlirin ən böyük payı televiziyaların payına düşür. Amma reklam yayımlanmasından gələn ümumi gəlir azaldığına görə televiziyaların da reklama görə əldə etdiyi gəlir məbləği azalıb.

2015-ci ildə televiziyada yayımlanan reklamdan 19 836 000 manat gəlir əldə edildiyi halda, 2018-ci ildə bu rəqəm 6 912 400-ə enib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  KİV lərin reklam gəlirləri dəfədən çox azalıb ÖZƏL


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ