Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2022 08:52
NATO "Rusiya Federasiyası ilə böhran" halında alyansın minlərlə əsgərinin hazırlıq səviyyəsini yüksəldir.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın DPA nəşri etibarlı mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, söhbət çevik reaksiya qüvvələrindən (NATO Response Force, NRF) gedir.
"NATO Rusiya ilə böhrana görə minlərlə əsgərin hazırlıq səviyyəsini yüksəldir", - mənbə bildirib.
Qeyd olunur ki, çevik reaksiya qüvvələri münaqişə bölgəsinə əvvəlki kimi 30 gün deyil, yeddi gün ərzində irəliləməlidir.