Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş məşqçi oyunun sonunda rəqibi ilə əlbəyaxa oldu

Baş məşqçi oyunun sonunda rəqibi ilə əlbəyaxa oldu

Tarix: 19 Fevral 2022 09:48

Fransa Liqa 1-in XXV turunda keçirilmiş "Lill" - "Mets" oyununda əlbəyaxa dava olub.

Milli.Az xəbər verir ki, report-un məlumatına görə, "Mets"in baş məşqçisi Frederik Antonetti qarşılaşmanın sonlarında rəqibin idman direktoru Silven Armana hücum edib.

62 yaşlı fransalı mütəxəssis bu hərəkətinə görə qırmızı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, görüş qolsuz bərabərliklə yekunlaşıb.

Milli.Az


Etiketlər:  Baş məşqçi oyunun sonunda rəqibi ilə əlbəyaxa oldu


RƏYLƏR