Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2022 17:50
İrkutskda 16 il əvvəl törədilən cinayətin üstü açılıb.
Sonxeber.net rus mediasına istinadən xəbər verir ki, 2006-cı il sentyabrın 13-də Matrosova küçəsində yerləşən gecə köşklərindən birində satıcı işləyən 34 yaşlı qadının meyiti tapılıb. Onu boğaraq öldürdükdən sonra kassadakı pulları da mənimsəyiblər. O zaman cinayətkarların izinə düşmək mümkün olmadığından iş dayandırılıb. Yaınız 2021-ci ildə işi yenidən qaldırıblar. Bəlli olub ki, qətli 23 və 33 yaşlarında olan iki kişi törədib.
Hər iki şəxs 2021-ci ilin avqustunda saxlanılıb. Onların oyun aparatlarından bütün pulları uduzduqdan sonra pulsuz qaldıqları, bu səbəbdən də cinayəti törətdikləri bildirilir. İndi barələrində çıxarılacaq məhkəmə hökmünü gözləyirlər.
Anar Əli