Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2022 20:24
Bu ilin 24-26 mart tarixilərində Özbəkistan paytaxtında 1-ci Daşkənd Beynəlxalq İnvestisiya Forumu keçiriləcək.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət Nazirliyi məlumat yayıb.
Tədbirin məqsədi strateji təşəbbüslərin müzakirəsi və reallaşdırılması, ölkənin investisiya imkanlarının beynəlxalq işgüzar dairələrə nümayiş etdirilməsi, həmçinin Özbəkistanda perspektivli layihələrin, təşəbbüslərin və proqramların həyata keçirilməsinə iri xarici şirkətlərin, investorların və tərəfdaşların cəlb edilməsidir.
Forumda Özbəkistan bazarı ilə inteqrasiyada maraqlı olan iri xarici investisiyaların, maliyyə-iqtisadi təşkilatların və şirkətlərin rəhbərlərinin iştirakı gözlənilir.
Forum çərçivəsində ölkədə biznesin inkişafı üçün yaradılmış şərait, nəqliyyat infrastrukturu, yaşıl enerji, maliyyə bazarı, həmçinin turizmə investisiya cəlb etmək üçün güzəşt və üstünlüklər, tikinti materiallarının, tekstil və dəri məmulatlarının istehsalı, kənd təsərrüfatı və s. müzakirə ediləcək.