Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yüksək dozada vitamin D böyrəkləri sıradan çıxara bilər - XƏBƏRDARLIQ

Yüksək dozada vitamin D böyrəkləri sıradan çıxara bilər -  XƏBƏRDARLIQ

Tarix: 19 Fevral 2022 20:36

Kanada Tibbi Assosiasiyasının mütəxəssisləri D vitamininin aşırı və nəzarətsiz istifadəsinin orqanizmdə fəsadları barədə elmi məqalə dərc edib.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, onlar D vitamininin böyrəklər üçün təhlükəsi barədə xəbərdarlıq edib.

Elmi tədqiqatın məqsədi geniş kütləni vitamin D-nin elə də zərərsiz olmaması barədə maarifləndirməkdir.
Yüksək dozada vitamin D-nin qəbulu zamanı orqanizmdə intoksikasiya baş verə bilər.

İnsanlar bilməlidir ki, aşırı dozada vitamin D əlavə fayda vermir. Vitamin D içdikdə daim qanı nəzarətdə saxlamaq lazımdır. D göstəricisi 50-dən yuxarıdırsa, davamlı, müntəzəm yüksək dozada vitamini aylarla içmək xəbəriniz olmadan norma həddinin aşılmasına səbəb ola bilər.

D vitaminindən zəhərlənmə daha çox böyrəkləri zədələyir və geridönməz dəyişikliklər yaradır.


Etiketlər:  Yüksək dozada vitamin böyrəkləri sıradan çıxara bilər XƏBƏRDARLIQ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ