Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2022 15:20
Şamaxı sakininə məxsus yaşayış evinin həyətində Şirvanşahlar dövrünə aid tarixi abidə olan ovdan mövcuddur. Əsrlər keçməsinə baxmayaraq ovdanın içərisində olan su kəhrizindən hələ də istifadə edilir. Arxeloqlar hesab edirlər ki, həmin ərazidə bir neçə yerdə kəhrizlər var. Onları müəyyən edib, əhalinin istifadəsinə vermək mümkündür.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, üzərindən əsrlər keçməsinə baxmayaraq hələ də istifadə edilir..
Söhbət Şamaxının Azadlıq küçəsidəki evin həyətində yerləşən ovdandan gedir. 12-14-ci əsrə aid edilən tarixi abidə yerin 4-5 metr dərinliyində yerləşir .
Pillələrin qurtaracağında kəhriz sularının toplandığı yer var. Ev sahibinin sözlərinə görə 40 ilə yaxındır ki hovuza yığılan sudan hər gün istifadə edirlər. Hələ bu zamana kimi hovuzun qurumasına rast gəlməyiblər.
Tikili ümumilikdə 3 otaqdan ibarətdir və bişmiş kərpiclərlə tağ şəklində inşa edilib. Otağın mərkəzində kvadrat formalı, daş hovuz, onun ətrafında isə insanların oturub istirahət etməsi üçün səkilər mövcuddur. Ev sahibi deyir ki, bu tarixi abidə ilə bağlı aidiyyatı üzrə müraciət ediblər.
Arxeoloji ekspedisiyasının rəisi Akif Quliyev onu da qeyd etdi ki,bu ilin dövlət proqramında bu abidələrdə bərpa işlərinin ,o cəmlədən arxeologiya işlərinin aparılması nəzərdə tutulub.