Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avstriya dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib

Avstriya dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib

Tarix: 21 Fevral 2022 15:21

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Avstriya Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Avstriya ötən 30 il ərzində ölkələrimiz arasındakı münasibətlərin inkişafını çox qənaətbəxş hesab edir və bu əlaqələr qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanır.

Ümidvaram ki, biz birlikdə ölkələrimiz arasındakı dostluq əlaqələrini siyasi, iqtisadi və mədəni müstəvidə daha da dərinləşdirə və inkişaf etdirə biləcəyik.

Sizə dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına gözəl və firavan gələcək arzulayıram".

Milli.Az


Etiketlər:  Avstriya dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib


RƏYLƏR