Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2022 17:44
Ukrayna ərazisindən bir qrup şəxs tərəfindən Rusiya Federasiyasının dövlət sərhədini pozmağa cəhd edilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə jurnalistlərə Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 21 fevral 2022-ci il tarixində, Moskva vaxtı ilə saat 06:00 radələrində, Rostov vilayətinin Mityakinskaya qəsəbəsi ərazisində, Rusiya Federasiyasının Ukrayna Respublikası ilə dövlət sərhədinin kəsişməsində toqquşma baş verib. Nəticədə 5 ukraynalı hərbçi öldürülüb.
Qeyd olunub ki, Rusiya Federasiyasının hərbçiləri və FTX-nin sərhəd qoşunlarından xəsarət alan olmayıb.
Ukrayna tərəfi isə Rusiyanın yaydığı bu məlumatı təkzib edərək həmin ərazidə hərbçilərinin olmadığını bəyan edib.