Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ağdaşda yanğın olub, 87 yaşlı qadın yanaraq ölüb

Ağdaşda yanğın olub, 87 yaşlı qadın yanaraq ölüb

Tarix: 22 Fevral 2022 09:24

Ağdaşda yanğın olub.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, rayonunun Aşağı Ləki kəndində ümumi sahəsi 234 m² olan kürsülü, birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 154 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1935-ci il təvəllüdlü Həşimova Bəsdə Eybur qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Milli.Az


Etiketlər:  Ağdaşda yanğın olub 87 yaşlı qadın yanaraq ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ