Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2019 13:40
Bakı. İlhamə İsabalayeva - Trend:
2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsinin nəticələri açıqlanıb.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 3 754 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.
İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər təhsil haqqında sənədin əsli, tibbi arayış, şəxsiyyət vəsiqəsi (surəti), 3x4 sm. ölçüdə 4 ədəd fotoşəkil və hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) 6-10 sentyabr tarixlərində qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin