Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2022 17:06
2022-ci ilin martında 103 yaşı olacaq ABŞ sakini uzunömürlülüyün sirrini açıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Men ştatının kiçik Madavosk şəhərindən olan 102 yaşlı Armand Martin qoca yaşına baxmayaraq, öz evində tək yaşayır və avtomobil həvəskarı olaraq qalır.
O, oğlunun müşayiəti ilə ərzaq və dərman üçün alış-verişə çıxır.
Beş il qoca qəzaya düşüb və şəxsi nəqliyyat vasitəsindən imtina etmək qərarına gəlib. Lakin sürücülük üçün çox darıxdığından 101 yaşında yeni avtomobilinə sahib olub.
1919-cu il təvəllüdlü kişi uşaqlıqdan oxumağı çox sevdiyi üçün bu qədər yaşadığını düşünür. O, kitabsız bir gün belə keçirmir. Ən çox sevdiyi janrlar isə vestern və elmi fantastikadır.
Amerikalı uzunömürlülüyünü oxumaqla yanaşı, daimi məşğulluq, düzgün qidalanma və aktiv həyat tərzi ilə izah edir.