Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Tinder fırıldaqçısı''nın yeni biznesi - Üç günə 30 min dollar

''Tinder fırıldaqçısı''nın yeni biznesi - Üç günə 30 min dollar

Tarix: 22 Fevral 2022 18:25

"Netflix"in "Tinder fırıldaqçısı" sənədli filminin qəhrəmanı Saymon Levaev populyarlığından istifadə etmək qərarı alıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, əsl adı Şimon Yequda Hayut olan gənc dələduz video açıqcalar hazırlayaraq satmağa başlayıb. Saymon artıq üç gün ərzində 30 min dollar qazanıb.

"TMZ"nin məlumatına görə, o, biznes üçün video təbriklər və reklamlar satan saytlardan birində qeydiyyatdan keçib. Simonun çəkildiyi video açıqcanın qiyməti 200 dollardır. Lakin biznes reklamlar üçün Saymona 2 min dollar ödəniş etmək lazımdır.

O, həmçinin əyləncə sənayesində karyera qurmaq niyyətindədir. O, əvvəllər Hollivud agenti Gina Rodriguez ilə müqavilə imzalayıb. Bütün bunlarla yanaşı Saymon kitab yazmağa hazırlaşır.

Qeyd edək ki, Şimon özünü məşhur milyarder Saymon Lvaev kimi təqdim edərək qadınlardan pul alıb. 


Etiketlər:  Tinder fırıldaqçısının yeni biznesi Üç günə dollar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ