Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kərə yağı alarkən bunlara diqqət edin - VİDEO

Kərə yağı alarkən bunlara diqqət edin - VİDEO

Tarix: 22 Fevral 2022 18:44

Gündəlik işlətdiyimizədviyyatlardan biri kərə yağıdır. İstər yeməklərin hazırlanmasında, istərsə də səhər yeməyi zamanı bu təam yanımızda olur. Ona görə də çalışırıq ki, həmişə keyfiyyətinə diqqət edək. Ancaq belə yağları tapıb almaq da çətindir. Çünki bazarda tərkibində müəyyən qatqılar olannehrə yağları da var. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, satıcı Gəray Vəlikov deyir ki, nehrə yağı bazara əsasən Beyləqandan gətirilir. Qiyməti isə 15-20 manat arasında dəyişir.  Onun sözlərinə görə, Nehrə Yağını yeyəndə turşuluq hiss edilərsə, bu o deməkdir ki təbii deyil.  Kərə yağını rənginə görədə ayırd etmək mümkündür.

Qida üzrə baş mütəxəssis Ağa Salamovun sözlərinə görə, təmiz kərə yağı paketə yapışmır. Həmçinin, bu yağı kəsərkən bıçaqda xətlər əmələ gəlməməlidir. 

Kərə yağının təbiiliyini ev şəraitində də yoxlamaq olar. 

Mütəxəssis deyir ki, saxta nehrə yağı qara ciyər, mədəaltıvəzi və qan-damar sistemində problemlərə səbəb ola bilər. Ona görə də, bazarda bu istiqamətdə vaxtaşırı monitorinqləraparılmalıdır.

Milli.Az


Etiketlər:  Kərə yağı alarkən bunlara diqqət edin VİDEO


RƏYLƏR