Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Feysbukda müəllimin adına profil açıb pul yığıblar - VİDEO

Feysbukda müəllimin adına profil açıb pul yığıblar - VİDEO

Tarix: 23 Fevral 2022 15:05

Sosial şəbəkədə bir nəfərin adına saxta profil açılaraq dostları aldadılıb.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Masallı rayon sakini, məktəblərin birində müəllim işləyən Rabil Abdinovun başına gəlib.

''Xəzər Xəbər''ə müsahibə verən Rabil Abdinov iddia edir ki, onun şəxsi məlumatlarından istifadə edilərək feysbukda açılan profil vasitəsi ilə qohum və dostları aldadılıb. Həmin şəxs Rabil Abdinovun dostlarına xəstə olduğunu yazaraq onlardan pul istəyib. O, bununla bağlı ekran görüntülərini də təqdim edib.

Müsahibimiz iddia edir ki, saxta profil vasitəsilə onun adından həm də Təhsil Nazirliyinin qərarları tənqid edilib. Rabil Abdinov məsələ ilə bağlı aidiyyəti qurumlara hələlik şikayət etmədiyini bildirib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, əgər faktla bağlı zərərçəkmişlər və ya adından istifadə edilərək saxta profil açılan şəxs polisə müraciət edərsə, məsələ araşdırılacaq. Həmin şəxsin tapılması istiqamətində addımlar atılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Feysbukda müəllimin adına profil açıb yığıblar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ