Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2022 13:00
12:56
Ukrayna Ordusu Rusiyanın 6 hərbi təyyarəsini məhv edib.
APA xəbər verir ki, bu barədə Ukrayna Quru Qoşunlarının mətbuat xidməti Facebook-da yazıb.
Hadisənin Kramatorsk şəhəri istiqamətində baş verdiyi qeyd olunub.
-------
12:22
Ukrayna silahlı qüvvələri Rusiya ordusunun Luqansk vilayətinin Şçastiya kəndinə hücumunu dəf edib.
Sonxeber.net unian-a istinadən verdiyi məlumata görə, bu barədə Strateji Kommunikasiya və Strateji Təhlükəsizlik Mərkəzi Facebook-da məlumat yayıb. "Ukrayna ordusu düşmənin texnikasını və 50-yə yaxın düşmən əsgərini məhv edib", - məlumatda deyilir.
Anar Əli