Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Roman Abramoviçə Böyük Britaniyada yaşamaq qadağan olundu

Roman Abramoviçə Böyük Britaniyada yaşamaq qadağan olundu

Tarix: 24 Fevral 2022 19:06

İngiltərənin "Çelsi" klubunun rusiyalı sahibi Roman Abramoviçə Böyük Britaniyada yaşamaq qadağan edilib.

Sonxeber.net "Report"a istinadən bildirir ki, buna Rusiya və Ukrayna arasındakı müharibə səbəb olub.

Artıq bununla bağlı yerli İmmiqrasiya Xidmətinə müvafiq tapşırıq verilib. Abramoviçin məsələsi ilə Daxili İşlər Nazirliyinin xüsusi işlər üzrə məxfi idarəsi məşğul olur.

2018-ci ildə İsrail vətəndaşlığı alan 56 yaşlı funksioner ötən ilin oktyabrında Londona uçmaq üçün bu ölkənin pasportundan istifadə edib.

İddiaya görə, o, İngiltərədə yaşamaq istəsə, daimi viza üçün rəsmi müraciət etməli olacaq. Lakin iş adamının bu istiqamətdə istənilən cəhdinin demək olar ki, rədd ediləcəyi bildirilib.

Qeyd edək ki, Roman Abramoviç "Çelsi" klubunun səhmlərini 2003-cü ildə alıb.


Etiketlər:  Roman Abramoviçə Böyük Britaniyada yaşamaq qadağan olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ