Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2022 12:36
Rusiya Ordusu Ukraynada 118 hərbi infrastruktur obyektini, o cümlədən, 11 hərbi aerodromu, 13 idarəetmə məntəqəsini və rabitə qovşağını, 14 S-300 və "OSA" kompleksini və 36 RLS-i məhv edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Bundan başqa, 5 hərbi təyyarə, 1 helikopter, 5 PUA, 18 tank, 5 döyüş kateri və 18 reaktiv yaylım atəşi sisteminin məhv edildiyi açıqlanıb.
Rusiya tərəfi Ukrayna Ordusunun fərqli güc strukturlarına məxsus 150-dən çox hərbçisinin əsir götürüldüyünü bəyan edib.