Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli Məclis Xocalı soyqırımı ilə bağlı bəyanat verdi

Milli Məclis Xocalı soyqırımı ilə bağlı bəyanat verdi

Tarix: 25 Fevral 2022 13:12

Milli Məclis Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar bəyanat veririb.

Bəyanatda soyqırımın bəşəriyyətə qarşı ağır cinayət olduğu qeyd edilib.

Bildirilib ki, Xocaı soyqırımının törədilməsində məqsəd Azərbaycan xalqının əzmini qırmaq, əraziləri işğal etmək olub.

Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olundu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirdi, 613 nəfər, o cümlədən 63 uşaq, 70 qoca, 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürüldü.


Etiketlər:  Milli Məclis Xocalı soyqırımı ilə bağlı bəyanat verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ