Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çində internet istifadəçilərinin sayı bir milyard nəfəri ötüb

Çində internet istifadəçilərinin sayı bir milyard nəfəri ötüb

Tarix: 25 Fevral 2022 21:16

2021-ci ilin sonunda Çində internet istifadəçilərinin ümumi sayı 1,03 milyardı ötüb ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 42,96 milyon nəfər çoxdur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat ölkənin şəbəkə informasiyası mərkəzinin (CNNIC) məruzəsində yer alıb.

Sənədə əsasən, ötən il ərzində ölkə əhalisinin qlobal şəbəkəyə əlçatanlılıq səviyyəsi 73 faizə yüksəlib. Bununla yanaşı, internet resurslarından istifadə edən çinlilərin 99,7 faizi şəbəkəyə mobil qurğular vasitəsilə daxil olur.

2021-ci ildə kənd yerlərində yaşayan internet istifadəçilərinin sayı da artmaqda davam edib. Ötən il bu göstərici 1,7 faiz çoxalıb. Hazırda kənd yerlərində yaşayan 284 milyon nəfərin qlobal şəbəkəyə qoşulmaq imkanı var. Kənd ərazilərinin internetlə təmin olunması isə 57,6 faizə çatıb.

Milli.Az


Etiketlər:  Çində internet istifadəçilərinin sayı bir milyard nəfəri ötüb


RƏYLƏR