Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xarkov bombalanır - VİDEO

Xarkov bombalanır - VİDEO

Tarix: 25 Fevral 2022 22:00

Hazırda Xarkov şəhərinin mərkəzi intensiv bombalanır.

Sonxeber.net xəbər verir ki, bunu APA-ya açıqlamasında İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adgözəlli bildirib.

S. Adgözəlli deyib ki, şəhərin mərkəz hissəsində yerləşən zavoda (XTZ adlanan) raket zərbəsi endirilib, zavodda yanğın başlayıb. Eyni zamanda şəhərin Moskva prospektində yanacaqdoldurma məntəqəsi, o cümlədən şəhər avtovağzalı da raket zərbəsinə məruz qalıb: "Artıq Xarkov şəhəri demək olar ki, Rusiya qoşunları tərəfindən tam mühasirəyə alınıb. Rusiya qoşunları Rostov istiqamətindən Xarkov şəhərinə doğru hərəkət edir. Bununla da son istiqamətdə də şəhərdən çıxış bağlanıb. Hələ ki, Rusiya qoşunları şəhərə daxil olmayıb, ancaq artıq hər an bu addımın atılması gözlənilir".


Etiketlər:  Xarkov bombalanır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ