Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Müharibədə kimsə qalib gəlmir'' - Şvarseneqqerdən Ukraynaya dəstək

''Müharibədə kimsə qalib gəlmir'' - Şvarseneqqerdən Ukraynaya dəstək

Tarix: 26 Fevral 2022 17:32

Məşhur aktyor Arnold Şvarseneqqer hazırda Ukraynada gedən müharibə ilə bağlı 

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor bu haqda ondan dəfələrlə müsahibə götürmək istəyiblər. 

"Fikrim ukraynalılardadır. Faciə ürəyimiz parçalayır. Amma Ukrayna xalqının cəsarəti bizi qürurlandırır. Siyasətlə bağlı ekspert deyiləm. Buna görə də analizi ağıllı insanlara buraxıram. Amma mən müharibə olan ölkədə böyüməyin nə olduğunu bilirəm. Müharibədə heç kim qalib gəlmir. Hamı əziyyət çəkir. Müharibə həm qalibləri, həm də məğlubları sındırır. Onlardan heç biri müharibə istəmir. Ümid edirəm ki, heç kimə lazım olmayan bu müharibəyə tezliklə son qoyulacaq. Hazırda mən Ukrayna xalqının yanındayam. Sizin kədərinizi bölüşürəm. Bu dəhşət qarşısındakı qürurlu duruşunuzla məni heyran edirsiniz. Allah sizə kömək olsun" deyə, Arnold paylaşımında vurğulayıb. 

Aktyor əlavə edib ki, həm Rusiyadan, həm də Ukraynadan dostları var. 

Milli.Az


Etiketlər:  Müharibədə kimsə qalib gəlmir Şvarseneqqerdən Ukraynaya dəstək


RƏYLƏR