Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2022 18:06
Şəkidə fermerlər bütün aqrotexniki tələblərə əməl edərək taxıl əksələr də, ilin quraq keçməsi səbəbindən dəmyə sahələrdə əkilən taxıl bitkisi saralaraq məhv olmaq üzrədir. Torpağa yemləmə gübrəsinin verilməsi çıxış yolu hesab edilsə də , dəmyə quru sahələrdə bu vəziyyəti daha da çətinləşdirə bilər. Bəs məsələ ilə bağlı aidiyyatı qurumlar hansı tədbiri görür?
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Şəkidə 65 min hektar sahədə taxıl əkini həyata keçirilib. Səpin müddətində havalar normal keçib.
Bütün sahələrdə lazımı ağrotexniki qaydalar həyata keçirilib.Taxıl sahələrinin 19250 hektarı suvarılan, qalan hissəsi isə dəmyə torpaqlardır.Qış aylarında yağıntının olmamasına görə ,hazırda sahələrdə olan taxıl bitkisi saralmış vəziyyətdədir. Turan qəsəbəsinin fermerləri hesab edir ki 15- 20 gündə havalar yağmursuz keçərsə bu ərazidə olan taxılın tamamilə məhvinə səbəb ola bilər.
Bəzi mütəxəssislər yemləmə gübrələrinin verilməsini təklif etsələrdə fermerlər quru torpağa yağış olmazsa verilən gübrənin bitkini daha da tez məhv edəcəyindən qorxurlar.
Kənd Təsərüfatı Nazirliyinin tabelində olan Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirildi ki, adətən bu vaxtlar hava şəraitindən asılı olaraq don vurmuş,quraq yerlərdə çıxışın zəif olması hallarına rast gəlinir.
Sahib Abdulhəmidov qeyd etdi ki,sahələrdə monitorinqlər aparılır.Nəticəsi barədə aidiyyəti qurumlara məlumat veriləcək.