Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərinin oyununa getdi, tribunadan uzaqlaşdırıldı – İranda

Ərinin oyununa getdi, tribunadan uzaqlaşdırıldı – İranda

Tarix: 7 Sentyabr 2019 12:04

Bu yay Hollandiyanın “Kambyur” klubundan İranın “Qohar” komandasına keçən Kevin Yansenin xanımı qəribə hadisə ilə üzləşib.

Qol.az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, 2-ci turda “Saypo” komandası ilə matçı izləmək üçün stadiona gedən 27 yaşlı hollandiyalı oyunçunun həyat yoldaşı sonadək əyləşdiyi VİP tribunada otura bilməyib. Fasilədə ondan oranı tərk etmək xahiş olunub. Bu səbəbdən o, ikinci hissəni stadionda yerləşən klubun ofisindən izləmək məcburiyyətində qalıb.

Qeyd edək ki, 1979-cu ilin İslam inqilabından sonra İranda qadınların stadiona girişinə qadağa qoyulub. Amma bu qadağalar bir neçə dəfə pozulduğu hallar olub. Bu yaxınlarda isə ölkənin idman nazirinin müavini Cəmşid Tağızadə bildirib ki, bu il oktyabrın 10-da Kambocaya qarşı Tehranda keçiriləcək DÇ-2022-nin seçmə matçına qadın azarkeşlər buraxılacaq.

 


Etiketlər:  Ərinin oyununa getdi tribunadan uzaqlaşdırıldı İranda

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




RƏYLƏR


Populyar Xəbərlər

XƏBƏR LENTİ