Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2022 08:38
Ukraynanın 2-ci liqasında çıxış edən "Qostomel" klubunun futbolçusu Dmitro Martinenko Rusiya hərbçilərinin bombardımanı zamanı həlak olub.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Kiyevdə yaşayan futbolçunun evinə bomba düşüb. Hadisə nəticəsində futbolçu və anası həyatını itirib.
Qeyd edək ki, D.Martinenko Ukrayna 2-ci liqasının ən çox qol vuran və ən yaxşı oyunçusu olub.