Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müharibəyə görə ''Jara''dan imtina etdilər

Müharibəyə görə ''Jara''dan imtina etdilər

Tarix: 1 Mart 2022 19:40

Ukraynada gedən döyüşlərə görə bir çox tanınmış konsert çıxışlarını təxirə salıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, onlar arasında Eldar Carahov, HammAli & Navai, Elcey, Ruslan Belıy yer alıblar. "Жара" telekanalı ötən gün media nümayəndələri üçün gecə keçirməyi planlaşdırırdı. Partiyə müğənnilər, blogerlər dəvət olunub. 

"Crocus City Hall"da planlaşdırılan tədbirə demək olar ki, bütün məşhurlar dəvət alıblar. Müharibəyə görə tədbir media nümayəndələri üçün təxirə salınıb. Ancaq bilet alan qonaqların iştirakı ilə keçirilib. 

Tədbirin aparıcılığı bloger katya Aduşkin və müğənni Vanya Dmitrienkoya həvalə edilib. Onlar isə tədbirdən imtina ediblər. Onlarla yanaşı Ciqan, Mişa Marvin də sosial şəbəkədə paylaşım edərək tədbirə qatılmayacağını açıqlayıb.

Milli.Az


Etiketlər:  Müharibəyə görə Jaradan imtina etdilər


RƏYLƏR