Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2019 13:16
“Barselona”nın prezidenti Xosep Mariya Bartomeu əmin olduğunu bildirib ki, Lionel Messi 2020/21 mövsümü başa çatdıqdan sonra klubu tərk etməyəcək.
Qol.az xəbər verir ki, klub rəhbəri “Marca”ya müsahibəsində deyib: “Bəli, doğrudur. Messi 2020/21 mövsümündən sonra karyerasını başa vura, yaxud başqa kluba keçə bilər. Bənzər şərtlər Xavi, İnyesta və Karlus Puyolun müqavilələrində də vardı. Amma mən narahat deyiləm. Çünki Messi “Barselona”ya o dərəcədə sadiqdir ki, başqa komandada çıxış edə bilməz. Onun 2020/21 mövsümünün sonunda müqaviləsi yekunlaşanda “Barselona”da qalacağına şübhə etmirəm”.
Daha öncə ispan KİV-lərinin yaydığı xəbərə görə, gələn mövsüm Messi “Barselona” ilə müqaviləni ləğv edərək Argentinanın “Nyuells Old Boys” komandasına keçmək haqda düşünür.