Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kann Film Festivalı Rusiyanı qəbul etməyəcək

Kann Film Festivalı Rusiyanı qəbul etməyəcək

Tarix: 1 Mart 2022 23:18

17-28 may tarixlərində Fransada keçiriləcək Beynəlxalq Kann Film Festivalı Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyadan rəsmi nümayəndə heyətini qəbul etməyəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qərar festivalın təşkilat komitəsi tərəfindən bu gün açıqlanıb.

Komitənin açıqlamasında qeyd olunub ki, Ukrayna xalqının maraqlarını təmin edən şərtlərlə hücum dayandırılana qədər Rusiya hökumətinə bağlı rəsmi nümayəndə heyəti qəbul edilməyəcək.

Festival təşkilatçılarının Ukrayna kinorejissorlarına və onların ailələrinə görə narahatlığı da məlumatda əksini tapıb.

Milli.Az


Etiketlər:  Kann Film Festivalı Rusiyanı qəbul etməyəcək


RƏYLƏR