Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2022 14:26
Rusiyanın ən varlı biznesmenlərindən biri Roman Abramoviç Londonda bahalı mülkünü təcili satışa çıxarıb.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Böyük Britaniyadan olan deputat Kris Brayant deyib.
Brayant qeyd edib ki, Abramoviç Rusiyaya qarşı sanksiyalardan dəhşətə gəlib.
O, hökumətə müraciət edərək Abramoviçin öz aktivlərini satana və vəsaitləri ölkədən çıxarmasına qədər oliqarxa qarşı sanksiya tətbiq edilməsinə çağırıb.
"Abramoviç sabah Londondakı malikanəsini, mənzilini satmaq istəyir", - deyə deputat qeyd edib.
Xatırladaq ki, rusiyalı oliqarxın adı nə Avropa İttifaqının, nə də Böyük Britaniyanın sanksiya siyahıya salınmayıb. Lakin bu, tezliklə dəyişə bilər.
Onun Londondakı malikanəsinin dəyəri 200 milyon dollardır.