Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2022 15:32
"Ukraynada yaranmış vəziyyətlə əlaqədar azərbaycanlıların ölkəmizə təxliyəsi gündəmə gəlib. İlk 24 saat ərzində vətəndaşlarımız yalnız quru yolundan istifadə edərək həmsərhəd dövlətlərə keçidi mümkün idi".
Sonxeber.net xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
O qeyd edib ki, ilk saatlardan başlayaraq həmsərhəd ölkələrlə danışıqlar aparılıb: "Vətəndaşlarımız Moldova, Polşa, Slovakiya, Rumıniya, Macarıstan istiqamətindən keçərək Ukraynanı tərk edə bilər. Viza rejimi ləğv edilib. Bu günə kimi 4000-ə qədər azərbaycanlı sərhədi keçib. İndiki vəziyyətdə hərbi əməliyyatların davam etdiyi ərazilərdən azərbaycanlıların təxliyəsi vacib məsələdir. Dünən artıq Xarkovdan azərbaycanlılar qatarla çıxarılıb, 800-dən çox azərbaycanlı Xarkov Moldova istiqamətində yola düşüb".