Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2022 12:04
12:02
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin may müqaviləsinin dəyəri 2013-cü ilin fevralın 13-dən ilk dəfə olaraq 119 dolları keçib.
"APA-Economics" xəbər verir ki, Bakı vaxtı ilə saat 11:52-də "Brent"in qiyməti 6,07% artaraq 119,78 dollara çatıb.
-------
08:03
"Brent" markalı neftin may fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında 9,56 faiz bahalaşaraq 115 dollar/barel təşkil edib.
Bu barədə ticarət platformasından bildirilib.
Saat 00:02 üçün (Bakı vaxtı) "Brent"in qiyməti 114,6 dollar/barel səviyyəsində olub ki, bu da əvvəlki sessiyanın bağlanış səviyyəsindən 9,17 faiz çoxdur.
"Brent" markalı neftin qiyməti sonuncu dəfə 2014-cü ilin iyununda bir barel üçün 115 dollara çatıb.