Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2022 10:50
"İşte benim stilim " verilişi ilə populyarlaşan fenomen Bahar Candanın başına iş gəlib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, o, bu barədə instaqramda paylaşım edib. Bahar bildirib ki, Övgü Can Kaygı adlı bir şəxs onun suyuna dərman atıb.
Hətta Baharın vəziyyəti bu səbəbdən pisləşib və xəstəxanaya yerləşdirilib. Candan həmin şəxsin içki al-veri ilə məşğul olduğunu bildirib. Bundan başqa o, hər kəsə diqqətli olmağı tövsiyə edib.
"Çox çətin şeylər yaşadım. Ehtiyatlı olun. Su qabının qapağını özünüz açın ",- deyə Bahar vurğulayıb.