Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2022 16:08
Rusiyanın Ukraynaya qarşı müharibəsinin nəticələri idman dünyasına təsirini davam etdirir.
Sonxeber.net qaynarinfo-ya istinadən xəbər verir ki, nəhayət, məşhur futbol oyunu FIFA seriyasının prodüseri olan "EA Sports" da Rusiyanın adının oyundan çıxarılacağını açıqlayıb.
"FIFA və UEFA-dakı partnyorlarımız kimi biz Rusiya milli komandasının və bütün Rusiya klublarının "FIFA 22", "FIFA Mobile" və "FIFA Online"dan uzaqlaşdırıldığını elan edirik".
Rusiya və Belarus komandalarının yaxın günlərdə "EA Sports" NHL tərəfindən "NHL 22" buz xokkeyi oyunundan kənarlaşdırılacağı açıqlanıb.