Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Analar övladlarını laylayla yox, bomba səsi ilə yatızdırırlar''

''Analar övladlarını laylayla yox, bomba səsi ilə yatızdırırlar''

Tarix: 3 Mart 2022 16:15

Ukraynalı aparıcı, blogger Regina Todorenko sosial şəbəkə hesabında Ukraynadakı müharibə şəraitindən yazıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aparıcı yaxınlarının çətin durumda olduqlarını bildirib. O qeyd edib ki, hazırda ailəsi də Ukraynadadır:

"İndi bütün uşaq baxçalaranın həyətində plakatlar qurulur. 8 Martda uşaqlar analarına hədiyyələr verməyə hazırlaşır. Onlar analarına gül verəcək, şeir deyəcəklər. Amma Ukraynada belə deyil. Ukraynada analar 8 Martı düşünmür. Onlar övladlarının həyatını xilas etməyə çalışırlar. Uşaqlarını metrostansiyalarda, doğuş üçün uyğun olmayan yerlərdə dünyaya gətirirlər. Dünyaya yeni göz açan övladlarını laylay səsi ilə yox, silah, atəş səsi ilə yatızdırırlar. Biz bu cür dünya arzulamamışıq. Kədər heç kimi xoşbəxt etməyəcək. Müharibə razılığa gəlməyin yeganə yolu deyil. Biz övladlarımızı ölümə göndərmək üçün dünyaya gətirmirik. 

Nə vaxtsa ağlıma gələrdi ki, valideynlərim müharibə ortasında qalacaq, tanışlarımın övladları zirzəmidə doğulacaq, yaxınlarım bunkerlərdə gizlənəcək, rəfiqələrim atəş altında qalacaq? Yox... Amma indi bu reallıqdır və bizim hamımız bununla uzun müddət yaşamalı olacağıq. Çünki bu cür yaraların izi asan yox olmur. Yaralardan sonra izi qalır. 

Bilmirəm, sülh yaratmaq, tarixi dəyişmək, hazırda məni oxuyanların hər birinə kömək etmək mənim gücümdədirmi? Hazırda Kiyevdə, Xersonda və digər şəhərlərdə uşaq mərkəzlərində qan üçün donorlar çatışmır, cərrahlara yardım lazımdır. Zirzəmilərdə yeni doğulanlara yardım verilməlidir. Donesk və Luqanskda qaçanlara ev lazımdır. Ən əsası isə övladları müharibədə olan analara dəstək lazımdır. Tezliklə müharibə bitsin və onlar salamat evlərinə gəlsinlər. Eşidirsiniz, sağ-salamat...".


Etiketlər:  Analar övladlarını laylayla bomba səsi ilə yatızdırırlar


RƏYLƏR