Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2022 17:56
Birləşmiş Ştatlar neft qiymətlərini sabitləşdirmək üçün əmtəə müdaxilələrini davam etdirməyə hazırdır, bunun üçün də xammalın bir hissəsini ehtiyatlardan götürəcək.
Sonxeber.net "İzvestiya"ya istinadən xəbər verir ki, dəstək tədbiri olaraq bütün dünya üzrə 60 milyon barel neftin buraxılması planlaşdırılır.
Bundan əvvəl Konqresdə çıxış edən Co Bayden Ştatların strateji ehtiyatdan 30 milyon barel ayırmağa hazır olduğunu açıqlamışdı. Daha 30 milyon barelin Beynəlxalq Enerji Agentliyinin (BEA) bütün ölkələrinə paylanmasına hazır olduğu bildirilir. Məsələn, Yeni Zelandiya Vaşinqtonun çağırışını dəstəklədiyini təsdiqləyib. Xatırladaq ki, ümumilikdə BEA-ya 29 dövlət daxildir.
Aslan Məmmədov