Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Spiker mədəniyyət işçilərini hədələdi: ''Müharibəni dəstəkləməyənin vəzifəsi alınacaq''

Spiker mədəniyyət işçilərini hədələdi: ''Müharibəni dəstəkləməyənin vəzifəsi alınacaq''

Tarix: 3 Mart 2022 18:38

Rusiya Dövlət Duması ölkənin Ukraynada keçirdiyi hərbi əməliyyatı dəstəkləməyən mədəniyyət xadimlərini istefaya göndərməyi təklif edib. Bu təkliflə dumanın spikeri Vyaçeslav Volodin çıxış edib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə "TASS" siyasətçinin "Rossiya 24" telekanalına müsahibəsinə istinadən məlumat yayıb.

Volodin belə şəxslərin bir qayda olaraq büdcə təşkilatlarında vəzifə tutduqlarını vurğulayıb və onları aldıqları qrantlardan imtina etməyə çağırıb.

"Özünüzü iki yerdə tapa bilməyəcəksiniz, orada olsanız heç kimə lazım deyilsiniz. Onlar bundan istifadə edəcəklər, sonra ölkənizin olmaması üçün hər şeyi edəcəklər, daha sonra belə işbirlikçi mövqe tutanlara, xalqına, dövlətinə xəyanət edənlərə yenə də xor baxacaqlar", - deyə spiker bildirib.

O, həmçinin əvvəllər Münhen Filarmoniyasında işindən uzaqlaşdırılan rusiyalı dirijor Valeri Gergievin hərəkətini vətəndaş məsuliyyəti və ölkəsinə münasibət nümunəsi adlandırıb:

"Gergievə dedilər: Ya Ukraynadakı hərbi əməliyyatı pisləyirsən, ya da getməlisən. Neytral mövqe yoxdur. O, Dövlət Departamentinin dedikləri ilə razılaşmalı idi. O, bu yolla getməyib və onu işdən çıxarıblar".


Etiketlər:  Spiker mədəniyyət işçilərini hədələdi Müharibəni dəstəkləməyənin vəzifəsi alınacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ