Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2022 22:12
Çeçenistanın rəhbəri Ramzan Kadırov bildirib ki, ukraynalılar onu sevir, o da ukraynalıları.
Sonxeber.net demokrat.az-a istinadən xəbər verir ki, Kadırov Ukrayna xalqının düşmənlərini sevmədiyini bildirib.
Çeçenistan rəhbəri qeyd edib ki, o, rusları və ukraynalıları həmişə bir xalq hesab edib. "Mən heç cür başa düşə bilmirəm ki, onlar slavyan xalqını necə bu cür parçalaya biliblər... Ruslar, ukraynalılar, belaruslar. Mən həmişə onların bir xalq olduğunu düşünürdüm... Nə üçün Zelenski belə gözəl dövləti, belə gözəl yerləri, belə gözəl qızları orada məhv etməyə icazə verir? Xüsusilə də Xarkovda. Heyifdir", deyə o bildirib.