Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2022 15:08
Ukrayna Rusiya ilə danışıqlarda hərtərəfli izahatlar aldı, ABŞ-la düşünməyə və məsləhətləşməyə getdi.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu separatçı "lxr" rəhbərinin müşaviri Rodion Miroşnik deyib.
"Biz humanitar dəhlizlər və onlara dəstək barədə razılığa gəldik. Digər məsələlərlə bağlı Ukrayna hərtərəfli izahatlar aldı: getdilər ABŞ-la məsləhətləşməyə", - Miroşnik söyləyib.
O, Ukrayna Prezidentinin Aparat rəhbəri müşavirinin Kiyevin gözlədiyi nəticəni əldə etməməsi ilə bağlı sözlərinə münasibət bildirib:
"Kiyevin gözlənilən nəticəni almaması yalnız onların planlarının qeyri-adekvatlığından xəbər verir".