Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2022 21:16
Rusiya qoşunları Ukraynanın Enerqodar şəhərini tərk edib, şəhərdə bütün hakimiyyət orqanlarına nəzarət bərpa olunub, yerli hökumətin başçısı yerindədir.
Bu barədə Zaporojye vilayət hərbi administrasiyasının sədri Aleksandr Starux məlumat verib.
"Bu gün Melitopolda böyük mitinq gördük. İnsanlar hökumətyönlü mövqelərini nümayiş etdirirlər. Enerqodarda da hər şey qaydasındadır", - o deyib.
Starux əlavə edib ki, ötən gecə Enerqodarda bəzi rus hərbçilər tərəfindən qarət faktları qeydə alınıb.
"Orada hər şey qarət olundu. Ya telefon üçün öldürdülər, ya da noutbukları oğurladılar. Sahədə noutbukun nə üçün lazım olduğu heç də aydın deyil", - deyib.
Zaporojye AES-də vəziyyətlə bağlı hələlik məlumat verilmir.