Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ən yaxşı müdafiə xətti Şevanın komandasındadır – “Avro-2020”

Ən yaxşı müdafiə xətti Şevanın komandasındadır – “Avro-2020”

Tarix: 8 Sentyabr 2019 11:20

Ukrayna millisi “Avro-2020”nin geridə qalan 5 turunda ən yaxşı müdafiə xətti olan millidir.

Qol.az xəbər verir ki, Andrey Şevçenkonun komandası 13 xalla B qrupunun lideri olmaqla yanaşı, 5 oyuna öz qapısından cəmi 1 qol buraxıb. Ukraynalılarla yanaşı Belçikada da belə göstərici var. Düzdür, İngiltərə millisi də 1 qol buraxıb. Amma ingilislər 5 deyil, 3 matçda öz qapısında 1 qol görüblər.

Ən yaxşı hücum xətti isə Rusiya (5 oyuna 17 qol), Fransa və İtaliyadadır (5 oyuna 16 qol). Lixtenşteyn, San-Marino, Andorra və Cəbəllütariq isə 1 qol belə vura bilməyiblər.

 


Etiketlər:  yaxşı müdafiə xətti Şevanın komandasındadır Avro 2020


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ